Azad edilən ərazilərdə 73 mülki şəxs minaya düşüb, 24 nəfər ölüb - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azad edilən ərazilərdə 73 mülki şəxs minaya düşüb, 24 nəfər ölüb - RƏSMİ

Sosial

30 Noyabr 2021 14:52 668


Statistik təhlil göstərir ki, mina hadisələrinin 51%-i azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı, 26%-i təmizlənmiş ərazidən kənara çıxma hallarında baş verib. 

Bu barədə Yenisabah.az-a Azərbaycan Minatəmizləmə Agentliyindən məlumat verilib.

Bildirilib ki, ərazilər azad edildikdən sonra mülki şəxslər arasında 73 nəfər mina hadisələrinin qurbanı olub, onlardan 49 nəfəri yaralanıb, 24 nəfəri isə ölüb. pizza hut

Son günlər mina hadisələrinin artmasını nəzərə alaraq, əhalini mina və partlamamış sursatlarla kritik həddə çirklənmiş azad edilmiş ərazilərə qanunsuz səfərlərdən çəkindirməyə çağıran, intensivliklə və böyük zəhmət hesabına aparılan ərazilərin təmizlənməsi prosesinin başa çatmasını təmkinlə gözləməyə dəvət edən materialların genişləndirilməsi, bu mövzuda ictimai müzakirələrin təşkili xahiş olunur.

Mina hadisələri kontekstində Ermənistanın “mina xəritələri”ni hələ də tam təqdim etməməsi, indiyədək verilən xəritələrin qeyri-dəqiqliyi mövzusunun yenidən gündəmə gətirilməsi, baş verən hadisələrə görə Ermənistanın cavabdehliyinin qabardılması xahiş olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!