“Azərbaycanda qəzalar ona görə çoxdur ki...“ - Ekspert səbəbləri sadaladı

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda qəzalar ona görə çoxdur ki...“ - Ekspert səbəbləri sadaladı

Sosial

19 Oktyabr 2021 17:10 1171


Bakı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) cari ilin 9 ayı ərzində qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikasını açıqlayıb. Ölkə ərazisində ölüm və xəsarətlə nəticələnən 1171 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə, 504 nəfər həlak olub, 1043 nəfər yaralanıb.

Son vaxtlar yol nəqliyyat hadisələrinin artmasının əsas səbəbi nədir, bu hadisələrin qarşısını necə almaq olar?

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Yenisabah.az-a səbəbləri sadalayıb: pizza mizza

“Nəqliyyat hadisələrinin səbəbləri aparılan təhlillər nəticəsində ortaya çıxır. Qəzalarda piyada vurmalar üstünlük təşkil edir. Eyni zamanda, sürət həddinin aşılması, manevr qaydalarının pozulması və əks istiqamətli yola çıxan sürücülərin törətdiyi qəzalar da az deyil.

Piyadaların vurulması yol hadisələrinin təxminən 50%-ini təşkil edir. 9 ayda 504 nəfər ölüb, onun 230-u piyadalardır. Yəni piyadalarla bağlı iş qaydaya salınmalıdır. Piyadalar üçün normal şərait yaransa, keçidlər qaydasında olarsa, piyada mədəniyyəti, məsuliyyəti yaransa, bu qədər ölüm olmaz.

Sürət həddinin aşınması hallarının qarşısının alınmasının müəyyən çıxış yolları var. Əksər sürücülər kameraların, radarların yerini bilirlər və radara, kameraya yaxınlaşdıqları zaman sürəti azaldırlar.

Dünyanın bir çox ölkələrində bu problemə görə mülki avtomobillərə mobil radarlar quraşdırılır. Həmin radarlar vasitəsilə avtomobillər hər yerdə eyni sürətlə hərəkət edir. Bu sistem Azərbaycanda da tətbiq olunmalıdır”.

Ekspert yol şəbəkəsinin qaydaya salınmalı olduğunu vurğulayıb:

“Mühüm yollarda qəzalar daha çox baş verir. Bu qəzaların qarşısının alınması üçün yol şəbəkəsi qaydaya salınmalıdır. Yol şəbəkəsi və yol təsərrüfatında yeniliklərə ehtiyac var.

Qəzaların baş verməsinin ən dəhşətli səbəbi sərnişin və sürücülərin təhlükəsizlik kəmərindən istifadə etməməsidir. 270 ölüm hadisəsində əsas səbəb təhlükəsizlik kəmərinin taxılamamasıdır”.

Elməddin Muradlı qaydalara riayət olunsa, ölüm hallarını 40% azala biləcəyini söyləyib:

“Sadalanan problemlərin hətta bir qismi aradan qaldırılarsa, qəzalar zamanı ölüm halları 40% azala bilər. Bundan ötrü ciddi nəzarət mexanizmi, reallığı əks etdirən sosial çarxlar, təbliğat xarakterli materiallar hazırlanmalıdır”.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Sürət həddini aaya görə cərimə 100 misli qədər. Kəmərə gore 40 yerne 4000 cərimə Zolaqdan kənarda kobud manevr etməyə görə 8000 cərimə Ses siqnalın qəzanin qarşısını almaqdan elave yersiz verməyə görə 5000 Sükan arxasında telefondan istifadəyə görə 1000 Qanunsuz sərnişin daşıma ilə.mesqul olanları heps, Və bütün cərimələri bu qədər qaldirsalar və ciddi əməl etsələr kim qayda pozacaq.? Bakı küçələrin mozambike döndəriblər ele bil hindistanda velosiped sürürlər. Bunu sürücülər özləri edib.vessalam Dövlət qurumları çox güzəşt edir amma qəti şəkildə lazım deyil.
    5 years ago
  • Anar
    Qəzaların səbəbi sürücülük vesiqelerindedir. Vəssalam Başqa yerdə səbəb axtarmayın.Dunyanin ele ölkələri varki bizdən çox əhalisi var bizdən nəqliyyat vasitələri var.Hami qanun qayda ilə sürür. Bizde isə necədi?YPX əməkdaşları bəzib uje sürücüləri qandirmaqdanki ay insan dayaq olan yerdə saxlama.Emel edən var?
    5 years ago