Bir neçə gün əvvəl paytaxt ərazisinə yağan aramsız yağışlar Nərimanov rayonu, Malik Məmmədov küçəsində yaşayan sakinlərə ciddi ziyan vurub.
Bəzi evlərə və avtomobillərə ciddi ziyan dəyib. Bir neçə avtomobil demək olar ki, tamamilə yararsız vəziyyətə düşüb.
Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq, heç bir cavab almayıblar. "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin binasının hasarı uçaraq mənim evimə də ziyan vurub. Yağışlı havalarda divarda çatlar əmələ gəlir və həmin çatlardan sular evin içinə daxil olur", - sakinlərdən biri Baku TV-yə söyləyib. Dördpendirli pizza
Başqa bir sakin isə bildirib: "Təxminən 10 saniyə gec gəlsəydim, divar mənim üstünə düşəcəkdi, necə ki, bu maşınların üstünə düşüb".
Telegram kanalımız