Bakıda küçədə dana kəsən şəxs cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda küçədə dana kəsən şəxs cərimələndi

Sosial

29 Oktyabr 2021 14:11 991


Bakı polisi antisanitar vəziyyətdə fəaliyyət göstərən ət-kəsim məntəqəsi ilə bağlı tədbir görüb. 

Bu barədə Yenisabah.az-a Xətai Rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, rayonun Nəsrəddin Tusi küçəsində antisanitar vəziyyətdə fəaliyyət göstərən ət-kəsim məntəqəsinin sahibi ilə profilaktiki söhbətlər aparılıb, daha sonra qanunamüvafiq qaydada tədbirlər görülüb. Pepperoni pizza

“Bundan sonra ət kəsimi yalnız obyektin daxilində olacaq”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, paytaxtın Xətai rayonunda, Nəsrəddin Tusi küçəsində antisanitar vəziyyətdə ət-kəsim məntəqəsi fəaliyyət göstərirdi. Sözügedən ərazidə fərdi şəkildə, hətta piyada səkisində ət kəsimi ilə məşğul olurdular. Normalara cavab verməyən ət kəsim məntəqəsində kəsilən heyvanların qanı piyada səkisinə və avtomobil yoluna axıdılırdı. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!