Bu ölkə ordusunu “Azərbaycan modeli“ ilə qurur

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkə ordusunu “Azərbaycan modeli“ ilə qurur

Siyasət

24 May 2026 18:16 98


Özbəkistan ordusunu “Azərbaycan modeli” ilə modernləşdirir.

"Yeni Sabah" Musavat.com-a istinadla xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Özbəkistana Azərbaycanla əməkdaşlıq modelinə uyğun məsləhətçi heyətin göndərildiyini açıqlayıb.

Nazirin sözlərinə görə, Türkiyənin səmimi şəkildə dəstək verdiyi qardaş və dost ölkələr türk ordusuna bənzər silahlı qüvvələr strukturu yaratmaq istəyirlər. Marqarita pizza

“Bizi dərin tarixi və mədəni bağların birləşdirdiyi dost və qardaş ölkə Özbəkistanla davam edən hərbi əməkdaşlıq çərçivəsində, general-mayorumuzun rəhbərliyi altında məsləhətçi heyət Azərbaycanda olduğu kimi Özbəkistana da göndərilib”, – deyə Yaşar Gülər bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!