Cəlilabad sakini qətlə yetirildi: cinayət işi açıldı 

Cəlilabad sakini qətlə yetirildi: cinayət işi açıldı 

Kriminal Veb saytların hazırlanması

27 May 2023 23:45 1119


Mayın 27-də saat 18:30 radələrində Cəlilabad rayonu Əliqasımlı kəndində 1985-ci il təvəllüdlü Şamo Şamil oğlu Əzimovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

Bu barədə Yenisabah.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Cinayət əməlini törətməkdə Ş.Əzimovun həmkəndlisi, 1991-ci il təvəllüdlü Rəşad Aydın oğlu Aslanov şübhəli bilinir. O, saxlanılıb.

Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. R.Aslanov polisə könüllü təslim olub.

Araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!