YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“Əgər varlılar nalayiq yollarla pul qazanırlarsa...” - Xalq yazıçısı

“Əgər varlılar nalayiq yollarla pul qazanırlarsa...” - Xalq yazıçısı

Yazar

28 İyul 2022 13:07 4756


“Bu, həmişə olub. Tək, bizim ölkədə deyil, dünyada da belədir. Zənginləri qısqananlar daxilən qısqandıqlarının səviyyəsinə gəlib çata bilmədiyini düşünür”.

Bunu Yenisabah.az-a açıqlamasında Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə cəmiyyətdə sadə vətəndaşların varlı insanlara qıcıq olmasına şərh verərkən deyib: 

“Elə hallar da ola bilər ki, zəngin kateqoriyaya aid insanların sadə vətəndaşlara kömək etməməsi, qayğılarına qalmaması, onları çıxdaş eləməsi haqlı narazılıqlara, hətta, qıcıqlara, qısqanclıqlara səbəb olur. Əgər, zənginlər nalayiq yollarla pul qazanırlarsa, çirkli pullar qazanırlarsa, layiq olmadıqları vəzifələrdədirlərsə, təbii ki, cəmiyyətin qıcığına səbəb olacaqlar. Mən isə ətrafımda elə ziyalı insanlar tanımıram. Elə yazıçılar, şairlər var ki, dolana bilmirlər.

Görkəmli, cəmiyyətdə mövqe tutan insanlara da belə bir münasibət varsa, qısqanclıqdan irəli gəldiyini düşünürəm. Hansı ki, onlara güzəştlərin edilməsi, hədiyyələrin verilməsi qıcıq yaratmamalıdır. Bunları həmin ziyalıların  50-60 illik zəhmətinin nəticəsi kimi dəyərləndirmək olar. Xüsusilə yazıçılar çox kövrək olurlar.  Onlara hərfi mənada desəm, “sığal” lazımdır. Onlar uşaq kimi olur.  Əziyyətlərini qiymətləndirmək gərəkdir. Mükafat alan 17 yaşında təcrübəsiz biri deyil ki, bu qədər aqressiya yaratsın”.

İmamət İSMAYILOVA 

 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!