Eldar Əzizov şəhərdə təmir işləri üçün şirkət axtarır

Eldar Əzizov şəhərdə təmir işləri üçün şirkət axtarır

Sosial

03 Mart 2019 14:18 894


Bakı Şəhər İcra Hakimiyyəti şəhər ərazisində tikinti və təmir işlərinin aparılmasının satınalınması üçün açıq tender elan edib.

“Yeni Sabah” xəbər verir ki, birinci lotda Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işləri, ikincidə məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmiri, üçüncüdə isə sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı tikintisi və təmirinin satınalınması üçün şirkət axtarılır.  

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 1-2-ci lot üçün 750, 3-cü lot üçün isə 400 manat məbləğdə iştirak haqqı ödəməlidir. 

İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 9 aprel 2019-cu il saat 17.00-dək təqdim etməlidirlər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!