Eldar Həsənov DTX-yə qaytarıldı

saytların hazırlanması

Evə çatdırılma

Eldar Həsənov DTX-yə qaytarıldı

Sosial

27 İyul 2021 21:30 2074


DTX-nin hərbi hospitalında əməliyyat edilən Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı sabiq səfiri, keçmiş baş prokuror Eldar Həsənov yenidən DTX-nin İstintaq Təcridxanasına qaytarılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə sabiq baş prokurorun vəkilləri Gununsesi.info-ya açıqlamasında deyiblər.

Qeyd edək ki, bağırsaq keçməzliyindən əziyyət çəkən Eldar Həsənovun səhhəti ağırlaşdığından bir neçə gün əvvəl onun üzərində cərrahiyə əməliyyatı aparılıb. pizza

Onu da bildirək ki, Eldar Həsənovun cinayət işi üzrə istintaq prosesi yekunlaşıb.

Hazırda vəkilləri ittiham aktı ilə tanış olur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!