Hindistanın cənubundakı Telanqana ştatında azı 16 nəfər günvurmadan ölüb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə ştatın İnformasiya və İctimaiyyətlə Əlaqələr Nazirliyi məlumat yayıb.
Telanqana rəhbərliyi anomal istilər səbəbindən vəziyyətin pisləşməsi ilə əlaqədar təcili iclas keçirib. Sakinlərə xüsusi ehtiyat tədbirləri görmək və ciddi ehtiyac olmadıqda günorta saatlarında küçəyə çıxmaqdan çəkinmək tövsiyə olunub. Toyuqlu pizza
Bundan əvvəl Hindistan Meteorologiya Departamenti bu və digər ştatlarda anomal istilərin azı mayın 26-dək davam edəcəyi barədə xəbərdarlıq etmişdi. Bildilir ki, bölgədə havanın temperaturu 45 dərəcəni ötür./Oxu.az
Telegram kanalımız