Kovid pasportu olmadığına görə 148 nəfər toya buraxılmadı

saytların hazırlanması

Evə çatdırılma

Kovid pasportu olmadığına görə 148 nəfər toya buraxılmadı

Sosial

29 Oktyabr 2021 10:36 517


Oktyabrın 28-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 66 toy şənliyinin monitorinqini həyata keçirib. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, monitorinq 62 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə: Sezar pizza

- 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

-148 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!