Küləkli hava şəraiti ilə bağlı   XƏBƏRDARLIQ EDİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Sosial

24 May 2026 16:07 133


Milli Hidrometeorologiya Xidməti mayın 25-də Bakıda və Abşeron yarımadasında, 25-27-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən "Yeni Sabah"a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Ağdam, Gədəbəy, Göygöl, Samux, Zərdab, Sabirabad, Göyçay, İmişli, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Saatlı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Mingəçevir, Bərdə, Tərtər, Yevlax, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!