Lənkəranda sürücü sükan arxasında öldü

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda sürücü sükan arxasında öldü

Hadisə

24 May 2026 20:30 99


Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Molla Pənah Vaqif küçəsində qeydə alınıb.

Belə ki, 57 yaşlı Lənkəran şəhər sakini Vüqar Bağırov idarə etdiyi avtomobildə hərəkətdə olarkən sükan arxasında qəfil ürək çatışmazlığından həyatını itirib. Nəticədə nəzarətdən çıxan avtomobil yol kənarında yerləşən obyektə çırpılıb. pizza sifarişi

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Meyit hadisə yerindən götürülərək aidiyyəti üzrə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!