“Beyənlxalq Media Forum haqqında kifayət qədər informasiya yayıldığından, eyni zamanda iştirakçılar fikirlərini paylaşmaqda olduqlarından mən pərdə arxasında qalan bəzi mətləbləri qeyd edirəm və bu yazdıqlarımın mənim şəxsi mövqeyim olduğunu bilmənizi istəyirəm”.
Yenisabah.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyi (MEDİA)-nın Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli sosial şəbəkə hesabında yazıb.
O, iyulun 22-si Şuşada keçirilən Beyənlxalq Media Forumuna qatıla bilməyən narazılara etirazını bildirib:
““Onlar getdi, biz qaldıq” iradlarına gəlincə, şəxsən mən özüm ona yaxın adama zəng edib konfransa dəvət eləsəm də, hərə özünə görə bir üzrlü səbəb gətirib gələ bilməyəcəklərini dedilər.
Kimsə “konfransda konvergensiyadan və ya media etikasından danışılan söhbətləri mən də eşitmək istəyirdim niyə dəvət etməmisiniz” iradı səsləndirmədi. Lakin sual konkret qoyulur – “niyə məni aparmamısınız” və yaxud da daha ağır formada “filan, filan “reket” ləri niyə ora aparmısınız”.
Mən jurnalistikadan savayı Azərbaycanda ikinci bir peşə tanımıram ki onun mənsubları bir-birinə vedrə bağlamaq yarışında beləcə tər töksün".
N. Məmmədli əlavə edib: "...Nəhayət, biz nəyin davasını edirik? Dava qurtarıb indi yurdun dirçələn dövrüdür..."
Telegram kanalımız