“Meyxanaçıları təbliğ edən adamın ədəbiyyatdan danışmağa haqqı yoxdur” - Yazıçı

“Meyxanaçıları təbliğ edən adamın ədəbiyyatdan danışmağa haqqı yoxdur” - Yazıçı

Yazar

13 Aprel 2022 12:48 4229


“Cəmiyyətin yaradıcı insanlardan mövqe tələb etmə haqqı var”.

Bu sözləri Yanisabah.az-a yazıçı-jurnalist Tural Cəfərov (Qan Turalı) deyib.

O, Mir Şahinin 44 günlük müharibəyə həsr olunan bədii sənət əsərlərinin yoxluğu ittihamlarına rəy bildirib.

Qan Turalının sözlərinə görə, sovet dövründə də cəmiyyət yazıçılara üz tuturdu:

“Cəmiyyətin haradasa belə bir haqqı var. Sovet dövrünün axır-axırında xalq hərəkatında cəmiyyət yenə də yazıçılara üzün tutdu. Buna haqqı var, kimsə də inkar edə bilməz.

Cəlil Məmmədquluzadə “Danabaş kəndininin əhvalatları” əsərini 26 yaşında yazdı. Ondan sonra bütün ömrü boyu jurnal buraxdı. Artıq başa düşdü ki, Azərbaycan xalqının milli mədəniyyətini çap etdirmək lazımdır. Azərbaycan yazıçısının belə borcu var. Bununla yanaşı, unutmayaq ki, yazıçının da öz işi var”.

Qan Turalı qeyd edib ki, "qara pullar"la media maqnatına çevrilən insanın Azərbaycan ədəbiyyatına ehkam kəsməyi dözülməzdir:

“Bu borcu belə həyasızlıqla tələb etmək olmaz. "Qara pullar"la media maqnatına çevrilən insanların oturub, Azərbaycan ədəbiyyatına bu cür ehkam kəsməyi də dözülməzdir. Mir Şahin bütün günü meyxanaçıları təbliğ edirdi. İndi gəlib ədəbiyyatçılardan danışır. Halbuki onun buna haqqı yoxdur.

Ədəbiyyat adamları tanınmış şəxslərdir. Amma biz başqa sahələrə toxunub, problem etmirik. Nəyisə bilmədən haqqında danışmaq olmaz. Donuz darılığa girən kimi orada oynamaq gülməlidir”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!