Nəvə kovidli nənəsinə baxmaq üçün xəstəxanaya keçdi   - “Sidiyin, nəcisin içində ölürdü“

saytların hazırlanması

Evə çatdırılma

Nəvə kovidli nənəsinə baxmaq üçün xəstəxanaya keçdi - “Sidiyin, nəcisin içində ölürdü“

Sosial

29 Oktyabr 2021 16:40 1419


35 yaşlı kişi ağır vəziyyətdə kovid xəstəxanasına yerləşdirilən nənəsindən xəbər ala bilməyincə, onu görmək üçün plan qurur.

Rusiyanın Tomsk şəhərində 2 saylı şəhər xəstəxanasında kuryoz olay baş verib. Belə ki, kovid xəstələrinin müalicə aldığı xəstəxananın qırmızı zonasına kənar şəxs keçib.

Yenisabah.az Medicina.az-a istinadla  xəbər verir ki, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən yaşlı təqaüdçü qadından xəbər ala bilməyən nəvəsi həkim geyimi və maska taxaraq xəstəxanaya keçə bilir. Sezar pizza

O nənəsini pis vəziyyətdə, baxımsız vəziyyətdə görür. Qadının ağzındakı boru çıxır, üstü-başı sidik içində idi.

Nənəsinin durumunu gizlicə telefona çəkən kişi videonu sosial şəbəkəyə qoyub. Bundan sonra məsələnin üstü açılır.

3 gün tibb işçisi geyimində nənəsinə qulluq etməyi bacaran nəvə həkimlər duyuq düşən kimi xəstəxanadan qaçıb.

Hazırda məsələ ilə bağlı dövlət qurumları araşdırma aparır, eləcə də xəstəxana daxilinə yad adamın necə keçdiyini araşdırırlar. Rospotrebnadzor isə xəstəxanada yaşlı xəstələrə qulluğun səviyyəsini nəzarətdə saxlayır. Qadının o vəziyyətdə yataqda qalmasına cavabdeh şəxslər cəzalandırılacaq.

Qalmaqallı məsələ ilə bağlı xəstəxananın terapevti Antonina Stoylova bildirib ki, həmin nənənin vəziyyəti çox ağırdır. Amma ona bütün zəruri qulluq olunur.

1937-ci il təvəllüdlü xəstədə ikitərəfli 50% ağciyər zədələnməsi ilə daxil olub.

Terapevt əmin edir ki, hospitalda bütün yataq xəstələrinə gündə 3 dəfə dəyişmə qulluğu olunur, örtükləri dəyişilir, yaraların əmələ gəlməsinə qarşı tədbirlər görülür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!