Polis reyd keçirdi: 19 sürücü cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Polis reyd keçirdi: 19 sürücü cərimələndi

Sosial

24 Aprel 2021 11:20 518


Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin və atmosferin nəqliyyat vasitələrindən atılan zəhərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədi ilə rayon ərazisində reyd keçirilib.

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, yoxlamalar zamanı atmosferə normadan artıq zəhərli qaz ixrac edən 19 avtomobilin sürücüsü barəsində inzibati qaydada protokollar tərtib edilib. Davam etdirilən tədbirlər zamanı digər qayda pozuntularına yol verən sürücülər də aşkar olunub. Polis əməkdaşları həmin şəxslərlə profilaktiki səpkidə söhbətlər aparıb, yol-hərəkət qaydaları bir daha onların diqqətinə çatdırlıb. Kobud qayda pozuntusuna yol vermiş 25 sürücü isə inzibati qaydada məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, Saatlı rayonu ərazisində tərtib edilmiş tədbirlər planına uyğun olaraq hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə bu cür profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!