Azərbaycan qan ağlayır, TV-lərdə çal-çağırdı...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan qan ağlayır, TV-lərdə çal-çağırdı...

Sosial

01 Dekabr 2021 14:55 17054


14 hərbiçimizin həyatını itirdiyi helikopter qəzasını şokundan hələ çıxmadığımız bir məqamda ölkədə fəaliyyət göstərən televiziya kanallarının gündəlik proqramlarında dəyişiklik etməməsinin, musiqili, çal-çağırlı, əyləncəli verlişlər yayımlaması ciddi etiraz doğurub. 

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən Əməkdar jurnalist Qulu Məhərrəmli bildirib ki, bizim televiziyalar son illər baş verən hadisələrlə bağlı hər zaman adekvat münasibət olub.

“Ancaq dünən baş verən, hər evə kədər gətirən hadisə ilə bağlı TV-lərdə bu adekvatlığı görmədim. Bu, məni sadəcə təəssüfləndirir. Belə hallarda, adətən, proqram dəyişikliyi edilir, insanların əhvalına, baş vermiş hadisəyə uyğun proqramlar yayımlanır. Dünən təəssüf ki, TV-lər bunu edə bilmədilər. Pepperoni pizza

Bu həm də onu göstərir ki, telekanlların çevikliyi yoxdur. Halbuki proqram dəyişiklyi aparılmalı, verlişlər sürüşdürülməli, yeniləri ilə əvəz olunmalıdır. Yəni televiziyalar gündəmə həssaslığını itirirsə, bu, ciddi qüsurdur. Ona görə də, televiziya rəhbərləri məsələyə xüsusi diqqət yetirməlidir.

Sadalanın əksi baş verirsə, deməli, televiziya rəhbərləri hadisələri izləmir. İzləsələr belə, nə baş verdiyini lazımi dərəcədə dərk etmirlər”.

Ayzel


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    HÖRMƏTLİ QULU. MÜƏLLİM SALAM. ÜMUMİYYƏTLƏ GÜNÜN NƏBZİNİ TUTAN TV- LƏR HAL-HAZIRDA YOXDUR. SƏVİYYƏSİZ musiqiçilər və həkimlərlə dolu proqramlardan XALQ bezib. Əslində 3 gün matəm olmalı idi, olmadı ALLAH ŞƏHİDLƏRƏ RƏHMƏT ETSİN.
    4 years ago