Rusiyadan məxfi sənədlər yayıldı:   Paşinyan belə devriləcəkmiş – SENSASİYA

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan məxfi sənədlər yayıldı: Paşinyan belə devriləcəkmiş – SENSASİYA

Siyasət

24 May 2026 21:38 156


Ermənistanda qarşıdan gələn seçkilər öncəsi siyasi proseslərə mümkün xarici müdaxilə ilə bağlı sensasion iddialar ortaya çıxıb.

"Yeni Sabah" Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Qafqaz Xronikası” portalının yaydığı məlumatda qeyd olunub.

Redaksiya heyəti Rusiya xüsusi xidmət orqanlarına aid olduğu bildirilən məxfi sənədlər əldə edib. Marqarita pizza

İddialara əsasən, sənədlər hazırkı Rusiya kəşfiyyat zabitlərindən birinin mobil telefonunun haker hücumuna məruz qalması nəticəsində sızdırılıb. Materiallarda Ermənistanda hakimiyyət dəyişikliyi üçün nəzərdə tutulduğu deyilən genişmiqyaslı siyasi strategiyalar əks olunub.

Sızdırılan sənədlərdə informasiya kampaniyaları, təbliğat mexanizmləri, hökumətə qarşı koordinasiyalı fəaliyyət planları, eləcə də ölkədaxili siyasi risklərin təhlili yer alır. Əsas məqsədin isə baş nazir Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması olduğu bildirilir.

Bundan əlavə, materiallarda bəzi müxalif siyasi qüvvələrin gizli maliyyələşdirilməsi və koordinasiyası ilə bağlı detallı təlimatların da olduğu iddia edilir.

Tahir Turan


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!