Sabahdan kolleclərə ixtisas seçimi başlayır

saytların hazırlanması

Evə çatdırılma

Sabahdan kolleclərə ixtisas seçimi başlayır

Sosial

26 Avqust 2021 12:35 952


Sabahdan ümumi 9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi başlayacaq.

Yenisabah.az DİM-ə istinadən xəbər verir ki, orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi 2021-ci il avqustun 27-dən sentyabrın 7-dək aparılacaq.

DİM ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2020-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid ballarını da ayrıca kitabça şəklində nəşr edib.  Toyuqlu pizza

Qeyd edək ki, bu göstəricilərin ildən ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur. Odur ki, abituriyentlər ixtisas seçimi zamanı keçid ballarına istinad edərkən, onların hər ilin imtahan nəticələrindən asılı olaraq dəyişməsini nəzərdən qaçırma­malıdırlar. 

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!