Sabahın hava proqnozu:   Yağış yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu: Yağış yağacaq

Sosial

29 Oktyabr 2021 12:48 733


Oktyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.  Toyuqlu pizza

Axşama doğru tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz  13-15° isti olacaq.

Bakıda gecə 10-12° isti, gündüz 13-15° isti olacaq. 

Atmosfer təzyiqi  normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək.    Nisbi rütubət 70-80 %  olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 30-da  Abşeron yarımadasında rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

Azərbaycanın rayonlarında:  Arabir  yağış yağacağı gözlənilir. Ayrı-ayrı  yerlərdə leysan xarakterli intensiv olacağı,   dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Şərq  küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 

11-16° isti, dağlarda gecə 3°  şaxtadan 2°-dək isti, gündüz  3-6° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!