Şəhidin həyat yoldaşı pulu götürüb başqası ilə qaçdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Şəhidin həyat yoldaşı pulu götürüb başqası ilə qaçdı - Video

Sosial

26 Aprel 2021 08:38 1856


Vətən Müharibəsi şəhidi Aslanov Atəş Yusif oğlunun xanımı onun əsgərlik yoldaşı ilə qoşulub qaçıb. Bu iddia ilə şəhidin valideynləri videomüraciət ediblər.

Məlumat sosial şəbəkələrdə yayılıb. A.Aslanovun anası gəlininin 22 min manat “şəhid” pulu və nəvəsini götürərək yad kişi ilə qaçdığını söyləyib.

Şəhidin atası gəlininin oğlanla tanışlığından xəbərsiz olduğunu bildirib.  Onun sözlərinə görə, həmin şəxs Vətən Atəşlə bir yerdə döyüşüb.   Toyuqlu pizza

“Xahiş edirik bizə uşağı qaytarmaqda köməklik edəsiniz. O, uşağı, öz ailəsi ola-ola mənim gəlinimi götürüb aparıb”,-deyə ata vurğulayıb

Hadisənin şəhidin qırxı çıxandan bir ay sonra baş verdiyi söylənilir.

Qeyd edək ki, Atəş Aslanov 1993-cü il, aprel ayının 1-də Tovuzun Məşədivəlilər kəndində doğulub. 2020-ci il oktyabrın 27-də  Fizuli rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidentinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!