“Son zəng“də iştirak edən nazirdən gözlənilməz addım -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Son zəng“də iştirak edən nazirdən gözlənilməz addım - VİDEO

Sosial

13 İyun 2026 11:40 3941


Elm və Təhsil naziri Emin Əmrullayev Gəncədə keçirilən “Son zəng” tədbirində məzunların sevincinə qoşulub.

“Yeni Sabah” xəbər verir ki, nazir Məhəmməd Hadi adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində baş tutan mərasimdə iştirak edib. Tədbir zamanı Emin Əmrullayev 11-ci sinif şagirdləri ilə birlikdə rəqs edib, məzunların köynəklərinə təbrik sözləri yazaraq onlara xatirə hədiyyəsi təqdim edib.

Onun məzunlarla rəqs etdiyi anları əks etdirən video sosial şəbəkələrdə yayılıb və maraqla qarşılanıb. pizza

Gəncə şəhərində keçirilən “Son zəng” mərasimi şagirdlər üçün bayram ab-havasında davam edib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!