Türkiyədə güclü zəlzələ oldu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə güclü zəlzələ oldu

Dünya

24 May 2026 12:16 185


Türkiyənin Adana şəhərinin Saimbəyli rayonunda gecə saat 04:26-da 4,9 bal gücündə zəlzələ baş verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarəedilməsi İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanların episentri Saimbəyli rayonunda qeydə alınıb. Zəlzələnin 8,6 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib. Dördpendirli pizza

"Kahramanmaraş, Osmaniye, Kayseri və Niğde əyalətlərində də hiss olunan 4,9 bal gücündə zəlzələdən sonra hazırda heç bir mənfi təsir müşahidə olunmayıb. Sahə qiymətləndirmə işləri davam edir. Təsirə məruz qalan vətəndaşlara ən xoş arzularımızı çatdırırıq", - deyə məlumatda qeyd olunub./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!