Uşaqlarını tək böyüdən qadınlar üçün sosial müəssisə yaradılacaq

saytların hazırlanması

Evə çatdırılma

Uşaqlarını tək böyüdən qadınlar üçün sosial müəssisə yaradılacaq

Sosial

27 Noyabr 2021 12:15 665


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və “Azəriqaz” İstehsalat Birliyinin təşkilatçılığı, İnternat Məzunlarının Sosial İnteqrasiyası GİB-nin təşəbbüsü və Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə yeni layihəyə start verilib.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, tərəflər arasında imzalanan Memoranduma əsasən ilkin mərhələdə layihə uşaqlarını tək böyüdən və çoxuşaqlı 10 qadının işlə təminatı üçün Şamaxı rayonunda sosial müəssisə yaradılmasını nəzərdə tutur. Artıq layihə iştirakçılarının seçimi aparılıb və İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən onlara biznes təlimləri keçirilib. Növbəti mərhələdə qiymətləndirmə aparılacaq. Yekunda iştirakçılara Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində dərzilik fəaliyyəti üzrə aktivlər təqdim ediləcək.

Nazir müavini: “Gələn il məşğulluq tədbirlərinin əhəmiyyətli hissəsi azad olunmuş ərazilərə dönəcək həmvətənlərimizin layiqli məğulluğunun təmin edilməsinə yönəldiləcək” pizza mizza

“Azəriqaz” İstehsalat Birliyi bazasında olan məkanlardan birini təmir edilmiş şəkildə həmin şəxslərin sosial müəssisə formasında fəaliyyəti üçün ayıracaq. Rayon İH isə müəssisədə istehsal olunacaq məhsulların satışına dəstək göstərəcək.

Qeyd edək ki, məşğulluq haqqında qanunvericiliyə əsasən, sosial müəssisə – sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün yaradılan ixtisaslaşdırılmış hüquqi şəxsdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!