“Üzeyir Mehdizadənin bir mahnısı Alim Qasımovun bütün yaradıcılığından qiymətlidir”

“Üzeyir Mehdizadənin bir mahnısı Alim Qasımovun bütün yaradıcılığından qiymətlidir”

Yazar Saytların hazırlanması

16 May 2022 13:11 7409


“Məndə heç vaxt pafos olmayıb. Olsaydı “18, 6 cm” kimi bir roman yaza bilməzdim. Son illərdə isə pafosa qarşı bir qram da dözümüm qalmayıb…” 

Yenisabah.az xəbər verir ki, bu sözləri yazıçı Seymur Baycan kulis.az-a müsahibəsi zamanı deyib. 

O, pafosu sevmədiyini bildirib:

“Yaxınlarda Migel Asturiasın seçilmiş əsərlərin oxumaq istədim. Ona görə oxumaq istədim deyirəm ki, kitabı oxuya bilmədim. Pafos imkan vermədi. Əməlli-başlı boğuldum. Hərçənd özümü həddən artıq hövsələli oxucu hesab edirəm. Pafos yiyəsinin kim olması, onun aldığı mükafatlar, tirajı, məşhurluğu məni heç maraqlandırmır. Migel Asturias ədəbiyyat üzrə Nobel mükafatı alıb. Tam ciddi deyirəm Nazlı Çələbi Migel Asturiasdan güclü yazıçıdı. Pafos məni cinləndirir. Mənim üçün hal-hazırda Üzeyir Mehdizadənin “Sən birbaşa ürəksən” mahnısı Alim Qasımovun bütün yaradıcılığından daha qiymətlidir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!