Xalq artistinin qızına yüksək vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistinin qızına yüksək vəzifə verildi

Sosial

27 Noyabr 2021 13:43 1049


Azərbaycanın Xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovun diplomat qızı Aysel İbrahimliyə Xarici İşlər Nazirliyində yüksək vəzifə verilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl Azərbaycanın xarici ölkələrin birinin səfirliyində müşavir və 3-cü katib vəzifəsində çalışan Aysel İbrahimli geri çağırılaraq XİN-də idarələrin birinə ikinci katib vəzifəsinə təyinat alıb.

Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovun müvafiq əmri ilə, bir neçə gün əvvəl diplomatik rütbəsi artırılan Aysel İbrahimli birinci katib vəzifəsinə gətirilib. Pepperoni pizza

Mənsum İbrahimov qızının XİN-də yeni təyinatını sayıtımıza təsdiqləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!