Xırdalanda və Abşeronun bəzi yerlərində qaz fasilələrlə veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Xırdalanda və Abşeronun bəzi yerlərində qaz fasilələrlə veriləcək

Sosial

29 Aprel 2021 02:37 741


SOCAR-ın Qaz İxrac İdarəsi diametri 530 mm olan “Qaradağ-Sumqayıt” yüksək təzyiqli magistral qaz kəmərinin 47-ci kilometrliyində təmir işləri aparmağı planlaşdırır.

Yenisabah.az xəbər verir ki, magistral kəmərin Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun kəsişməsində yeni çəkilmiş 144 metr uzunluğunda olan hissəsi qaz nəqli sisteminə birləşdiriləcək.

Təmir zamanı bu gün səhər saat 09:00-dan etibarən işlər başa çatanadək Abşeron rayonu, Xırdalan şəhəri, Atyalı yaşayış massivi, Hökməli, Qobu, Daş-Güzdək, Aşağı Güzdək kəndləri, Müşviqabad qəsəbəsi və qəsəbədəki Qaçqınlar Şəhərciyi, Çiçək yaşayış massivi, 28 May qəsəbəsi, Çaylı-Qobustan yaşayış massivi, Pirəkəşkül, Ceyranbatan və Saray qəsəbələrində qaz təchizatında müvəqqəti məhdudiyyətin yaranacağı gözlənilir. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!