12 ildir bu kənddə oğlan doğulmur

saytların hazırlanması

Evə çatdırılma

12 ildir bu kənddə oğlan doğulmur

Dünya

21 Avqust 2019 16:53 1613


Polşanın cənubundakı Meystse-Ocanske kəndi qəribə xüsusiyyətinə görə məşhurlaşıb. Dünyaya gələn uşaqların çoxu qız olur. Ailələrdə az-az hallarda oğlan gözə dəyir.

İndi Meystse-Ocanskedə təxminən 300 nəfər yaşayır və bunların böyük əksəri qadınlardır. Kəndin meri Raymund Frişko tarixi sənədləri araşdırıb. O deyir ki, burada həmişə oğlan az doğulub. Elə indi də oğlan o qədər azdır ki, Frişko yeni doğulanlara görə mükafat təyin edib. Merin özünün də iki qızı var.

Bu anomaliya ilə Varşava Tibb Universitetinin genetikləri də maraqlanmağa başlayıb. Əvvəlcə genetik testlər aparılacaq. Sonra keçmişdəki qohumluq əlaqələri araşdırılacaq. Bundan başqa, ətraf mühit də öyrəniləcək. Dominos pizza

On illərdir bu kənddə ənənələr dəyişmir. Qızlar özünə qonşu kəndlərdən sevgili tapa bilir. Bura köçüb gələn oğlanlar da var. Kənddə ən kiçik oğlan uşağının 12 yaşı var.

Bizimyol.info


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!