Tahir İmanov jurnalistlərə qarğış etdi:   “Burnunuzdan gəlsin” - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO

Şou

16 May 2026 16:06 1793


Əməkdar artist, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanov yenə jurnalistləri tənqid edib. 

“Yeni Sabah” xəbər verir ki, o, bununla bağlı “Planet Parniz iz Baku”nun rəsmi “İnstagram” səhifəsində paylaşım edib. Aktyor mayın 15-də keçirilən konsert proqramlarından görüntülər paylaşan jurnalistlərə səslənib:

“Dünən konsertimizə gələn hər kəsə təşəkkür edirəm. Bir çoxlarınız bizim xahişimizi nəzərə alaraq konserti telefonla çəkmədiniz. Dəfələrlə demişik ki, bu konsertlər bizim çörəyimizdir. Çox sağ olsunlar ki, haqqımıza girmədilər. Lakin yenə də bəzi saytlar ucuz sensassiya üçün görüntüləri çəkərək, biz hallalıq vermədən videoları dərc ediblər. Bir daha sizlərə müraciət edirəm ki, bu pis əməllərinizdən əl çəkin. Başa düşün ki, halallıq olmayan yerdə yaxşılıq da olmayacaq”.  Marqarita pizza

T.İmanov paylaşım edənlərə bəddua etdiyini bildirib:

“Allah şahiddir ki, heç vaxt heç kəsə bəddua etməmişəm, amma indi deyirəm ki, burnunuzdan gəlsin. Biz sizə halallıq vermirik. Yaxınlarınıza nəsə olsa, bilin ki, bizim bəddualarımızın nəticəsidir. Çox əsəbiyəm. Dəfələrlə müraciət etmişik ki, bizim tərəfə baxmayın, heç nə yazmayın. Sizin bayağılıqlarınız və ucuz mövzularınız arasında olmaq istəmirik. Uşaq-muşaq jurnalistlər yazırsa, saytın rəhbərləri hara baxır? Televiziyalarda bayalığa son qoyduğunuz kimi, saytlarda da buna son qoyun”. 

Qeyd edək ki, mayın 15-də Heydər Əliyev Sarayında “Planet Parni iz Baku”nun mərhum Əməkdar artist Cabir İmanova həsr olunmuş “Xalqın artisti” adlı konsert proqramı keçirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!