Yaponiyada ABŞ istehsalı dərmanı qəbul edən 20 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Yaponiyada ABŞ istehsalı dərmanı qəbul edən 20 nəfər öldü

Dünya

16 May 2026 18:48 390


Yaponiyanın "Kissei Pharmaceutical" əczaçılıq şirkəti daxili bazarda satdığı vaskulit dərmanı olan "Tavneos"u qəbul edən xəstələr arasında 20 ölüm hadisəsinin qeydə alındığını bildirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Eyni zamanda şirkət vurğulayıb ki, qaraciyərin ağır zədələnməsi hallarının müəyyən edilməsi səbəbindən digər xəstələrə bu dərmanın təyin edilməsindən çəkinilsin. Həmçinin qeyd edilib ki, şirkət mövcud vəziyyətlə bağlı Yaponiya Səhiyyə Nazirliyi ilə məsləhətləşmələr aparır. Toyuqlu pizza

"Kissei Pharmaceutical"ın məlumatına görə, 2022-ci ildə satışa çıxarılandan bəri Yaponiyada təxminən 8500 xəstə təyinatı üzrə dərmanı əldə edib. Artıq müalicə alan xəstələrə qaraciyər zədələnməsi risklərini tam şəkildə aydınlaşdırmaları və alternativ terapiya prosesini nəzərdən keçirmələri tövsiyə olunur. Eyni zamanda qaraciyər zədələnməsi əvvəlcədən ciddi yan təsirlər siyahısına daxil edilib.

Bildirilib ki, sözügedən dərman "Amgen"in törəmə şirkəti olan ABŞ-nin "ChemoCentryx" şirkəti tərəfindən hazırlanıb. 27 apreldə ABŞ Qida Məhsullarının Keyfiyyəti və Dərmanlara Sanitar Nəzarət İdarəsi (FDA) bəyan edib ki, qeydiyyat dosyesində aşkar edilmiş qeyri-dəqiq məlumatlar və onun effektivliyi ilə bağlı narahatlıqlar səbəbindən dərmanın Birləşmiş Ştatlarda qeydiyyatını ləğv etmək niyyətindədir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!