Putindən Paşinyana   XƏBƏRDARLIQ: “Əgər Qərblə yaxınlaşsan...”

saytların hazırlanması

Evə çatdırılma

Putindən Paşinyana XƏBƏRDARLIQ: “Əgər Qərblə yaxınlaşsan...”

Siyasət

16 May 2026 17:30 992


Rusiya Dövlət Dumasının üzvü Vyaçeslav Volodin bildirib ki, Ermənistanda “Qərbin liberal dəyərləri” yayılır və bu, ölkənin iqtisadiyyatına və daxili sabitliyinə mənfi təsir göstərə bilər.

"Yeni Sabah" xəbər verir ki, onun sözlərinə görə, Rusiya Ermənistana qazı Avropa qiymətlərindən xeyli ucuz satır, lakin İrəvanın Avropa İttifaqı ilə yaxınlaşması fonunda iki ölkə arasındakı ticarət dövriyyəsi 2025-ci ildə 45,4% azalıb.

Volodin həmçinin Rusiyadan Ermənistanda fəaliyyət göstərən bəzi sahibkarların qeyri-müəyyənlik səbəbindən ölkəni tərk etdiyini deyib. Toyuqlu pizza

O iddia edib ki, Qərbə yaxınlaşma Ermənistan cəmiyyətində parçalanma yarada, ənənəvi dəyərlərə və kilsəyə təzyiqi artıra bilər.

Bundan əvvəl Vladimir Putin də bəyan etmişdi ki, Ermənistan eyni vaxtda həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi İttifaqı daxilində tam inteqrasiya edə bilməz./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!