Anaklaudia Rossbax Bakıdan bütün dünyanı salamladı

saytların hazırlanması

Evə çatdırılma

Anaklaudia Rossbax Bakıdan bütün dünyanı salamladı

Siyasət

16 May 2026 19:18 352


BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıdan bütün dünyanı salamlayıb.

"Yeni Sabah" xəbər verir ki, o bununla bağlı "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında məlumat və video paylaşılıb.

"Bakıda Ümumdünya Şəhərsalma Forumunun (WUF13) sabahkı açılışı ərəfəsində "BMT-Habitat"ın icraçı direktoru Anakludia Rossbax bütün dünyanı dayanıqlı urbanizasiya üzrə aparıcı qlobal forumda salamlayır", - məlumatda bildirilib. Qeyd olunur ki, dünyanın 180-dən çox ölkəsindən 40 000-dən artıq insanın qeydiyyatdan keçməsi hər kəsin adekvat mənzillə təmin olunması məsələsi üzrə dialoqu irəli aparmağa imkan verəcək. pizza

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!