Honkonqda nadir hepatit E virusuna yoluxma qeydə alındı

saytların hazırlanması

Evə çatdırılma

Honkonqda nadir hepatit E virusuna yoluxma qeydə alındı

Dünya

16 May 2026 21:08 236


Honkonqda 2026-cı ildə ilk dəfə insanda siçovul hepatiti E virusu aşkarlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə aif.ru məlumat yayıb.

Yerli hökumət orqanları hadisə ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıblar. pizza sifarişi

Məlumata görə, virus mayın 5-də xroniki qaraciyər xəstəliyindən əziyyət çəkən 42 yaşlı kişidə aşkarlanıb. Pasiyent artıq stabil vəziyyətdə xəstəxanadan evə buraxılıb.

Onun ailə üzvlərində xəstəlik aşkarlanmasa da, onlar həkim nəzarətində saxlanılır. Mütəxəssislər, həmçinin kişinin yaşadığı evi və işlədiyi məkanı yoxlayırlar.

Bu, 2026-cı ildə Honkonqda qeydə alınan ilk belə yoluxma halıdır. Son beş ildə regionda ildə orta hesabla cəmi iki siçovul hepatiti E infeksiyası aşkarlanıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!