Bakı şəhəri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına hazırdır.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə məlumat və video paylaşılıb".
"Bakı hazırdır. Hər şey hazırdır. Dünya WUF13-də birləşir. Sabah ideyalar, şəhərlər və icmalar şəhər həyatının gələcəyini formalaşdırmaq üçün Azərbaycanda bir araya gələcəklər", - paylaşımda bildirilib. Toyuqlu pizza
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.
Telegram kanalımız