18 yaşlı arvadının ölümündə günahlandırılan ər danışdı

saytların hazırlanması

Evə çatdırılma

18 yaşlı arvadının ölümündə günahlandırılan ər danışdı

Kriminal

10 May 2019 08:34 1365


Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan «Gəl dərdini danış» da növbəti müəmmalı ölüm hadisəsinin davamı işıqlandırılıb. 

“Yeni Sabah” xəbər verir ki, neçə gündür ölkə gündəmini zəbt edən məsələdə adı hallanan ər danışıb. O iddialara özünəməxsus şəkildə cavab verib.  Mahirənin əri Seyhun birinci arvadının evdən qaçma səbəblərinə də aydınlıq gətirib. 

Qeyd edək ki, bir neçə həftə əvvəl İsmayıllının İvanovka kəndində baş verən ölüm hadisəsi ilə bağlı teleaparıcı adı hallanan rayona yollanıb. 18 yaşlı Mahirənin ölümü ilə bağlı onun valideynləri açıqlama verib. Qaraqaya kəndində yaşayan ailə qızlarının ölümünü əri Seyhundan bilirlər. Onlar iddia edir ki, əri Mahirəni heç əmisi uşaqları ilə görüşməyə belə icazə vermirdi. Qızlarının İvanovkada dustaq formasında saxlanıldığını deyən ailə aidiyyəti qurumlara da səslənib:  pizza hut

“Bizim kasıblığımızdan qarşı tərəf istifadə edir”.

Xatırladaq ki, Seyhunun birinci arvadı həftənin birinci günü saat 15:25 də «Gəl dərdini danış» verilişində etiraflar edəcəyini bildirib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!