20 yaşında 100-cü qol

saytların hazırlanması

Evə çatdırılma

20 yaşında 100-cü qol

İdman

12 İyun 2019 10:25 1088


Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappe karyerasında 100-cü qolunu vurub.

"Yeni Sabah"ın məlumatına görə, bu, Avro-2020-nin seçmə mərhələsində dünən keçirilən Andorra ilə matçda (4:0)  gerçəkləşib. 11-ci dəqiqədə fərqlənən hücumçu 20 yaş 137 günlüyündə 100-cu qoluna imza atıb.

Hazırda futbolçu karyerasını davam etdirən və dünyanın ən yaxşı oyunçuları olaraq göstərilən Kriştiano Ronaldo (Portuqaliya, "Yuventus") karyerasının 100-cü qolunu 22 yaş 356 günlüyündə, Lionel Messi isə (Argentina, "Barselona") 22 yaş 97 günlüyündə vurub. pizza mizza

Qeyd edək ki, Mbappe ötən mövsüm 33 qolla Fransa liqasının ən yaxşı bombardiri olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!