5 hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR

saytların hazırlanması

Evə çatdırılma

5 hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR

Hadisə

28 Noyabr 2024 20:11 5454


Bakı-Qazax-Gürcüstan avtomagistralının Tovuz rayonunun ərazisindən keçən hissəsində 5 hərbçi və 1 mülki şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Hadisə şahidlərinin sözlərinə görə, qəzanın baş verdiyi ərazi birtərəfli yol olsa da, nəqliyyat vasitələrindən biri qarşı tərəfdən hərəkət etdiyindən qəza qaçılmaz olub.

"Biz avtobusla Bakıdan gəlirdik. Birdən sürücü qışqırdı ki, üstümüzə əks istiqamətdə maşın gəlir. Avtobusu çəkdi sağa, sonra manevr etdi, maşın yanımızdan keçib getdi. Bir də eşitdik ki, həmin avtomobil qəzaya uğrayıb", - hadisə şahidi İqbal İsmayılzadə deyib. pizza sifarişi

Onun sözlərinə görə, avtobusda 40-dan çox sərnişin olub.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!