8 Noyabr prospektində işlər nə zaman yekunlaşacaq? - Video

saytların hazırlanması

Evə çatdırılma

8 Noyabr prospektində işlər nə zaman yekunlaşacaq? - Video

Sosial

27 Oktyabr 2024 22:57 843


Əsaslı şəkildə yenidən qurulan 8 Noyabr prospektində işlər artıq yekunlaşmaq üzrədir.

Xezerxeber.az-ın məlumatına görə, Ağ şəhərdən başlayaraq Zığ dairəsinə qədər olan hissədə asfaltlanma işləri tam şəkildə bitmiş hesab edilir. Hazırda prospekt və ətrafında abadlıq-quruculuq işləri aparılır.

Bütövlükdə sözügedən yolda avtomobillərin maneəsiz və sürətli hərəkəti üçün infrastruktur qurulur. Həmçinin burada velozolaq, avtobuslar üçün zolaq da nəzərdə tutulub. Piyada təhlükəsizliyinə də xüsusi diqqət yetirilir. Yaxın vaxtlarda prospekt tam fərqli bir görünüşlə həm piyadaların, həm də sürücülərin ixtiyarına veriləcək. Toyuqlu pizza

Xatırladaq ki, 8 Noyabr prospekti 8 zolaqlı hərəkət hissəsinə malikdir. Burada son tamamlanma işləri yaxın günlərdə tam yekunlaşacaq.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!