ABŞ bu gün İranı yerlə yeksan edəcəyini açıqladı:   “Geri çəkilməyəcəyik”

saytların hazırlanması

Evə çatdırılma

ABŞ bu gün İranı yerlə yeksan edəcəyini açıqladı: “Geri çəkilməyəcəyik”

Dünya

10 Mart 2026 17:12 446


ABŞ bu gün İran ərazisinə indiyədək ən intensiv hava hücumlarını həyata keçirməyi planlaşdırır.

“Yeni Sabah” xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset bildirib.

Onun sözlərinə görə, hücumlarda ən çox döyüş təyyarəsi, ən çox bombardmançı və ən çox zərbə qüvvəsi istifadə olunacaq: Toyuqlu pizza

“ABŞ kəşfiyyatı əvvəlkindən daha inkişaf etmiş və effektiv şəkildə fəaliyyət göstərir”.

Müharibə naziri həmçinin qeyd edib ki, son 24 saat ərzində İran indiyədək atdığı ən az sayda raket buraxıb.

Pit Heqset vurğulayıb ki, ABŞ-nin İrana qarşı hərbi kampaniyasının məqsədləri dəyişməyib və əməliyyatlar amansız dəqiqliklə davam etdirilir.

O bildirib ki, əsas hədəflər İranın raket ehtiyatlarının, raket buraxıcılarının və müdafiə sənayesi bazasının məhv edilməsi, həmçinin İran donanmasının sıradan çıxarılmasıdır. Bundan əlavə, ABŞ İranın nüvə silahından tam və daimi imtina etməsinə nail olmağı da məqsədlərdən biri kimi göstərir.

Nazir söyləyib ki, İran tam və qəti şəkildə məğlub edilənə qədər geri çəkilməyəcəklər və əməliyyatlar ABŞ-nin müəyyən etdiyi qrafik üzrə davam edəcək.

O həmçinin qeyd edib ki, bu proses 2003-cü ildə başlayan İraq müharibəsi kimi uzunmüddətli işğal və ya sonsuz dövlət quruculuğu planı deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!