ABŞ və Venesuelanın müvəqqəti hakimiyyəti diplomatik və konsulluq münasibətlərini bərpa etmək barədə razılığa gəliblər.
“Yeni Sabah” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, bu addım Venesuelada sabitliyin təşviqi, iqtisadi dirçəlişin dəstəklənməsi və siyasi barışığın irəliləməsi üçün birgə səyləri asanlaşdıracaq: pizza hut
“Bizim fəaliyyətimiz Venesuela xalqının demokratik yolla seçilmiş hökumətə dinc keçid üçün şərait yaradan mərhələli bir prosesdən keçməsinə kömək etməyə yönəlib. Amerika Birləşmiş Ştatları Venesuela xalqını dəstəkləməyə və sabitlik və rifahı təşviq etmək üçün regiondakı tərəfdaşlarla işləməyə sadiqdir”.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Silahlı Qüvvələri paytaxt Karakas da daxil olmaqla, Venesuela ərazisindəki obyektlərə kütləvi aviasiya və raket zərbələri endirib. Daha sonra helikopterlərlə desant çıxaran xüsusi təyinatlı qrup ölkə Prezidenti Nikolas Maduronu həyat yoldaşı ilə birlikdə ələ keçirərək ABŞ-yə aparıb. Amerika hakimiyyəti Maduroya və həyat yoldaşına qarşı narkotik ticarətində iştirak ittihamı irəli sürüb.
Aytac Əliyeva
Telegram kanalımız