“ABŞ-ın vasitəçiliyi ilə danışıqlar daha canlı keçə bilər“ - Ekspert

saytların hazırlanması

Evə çatdırılma

“ABŞ-ın vasitəçiliyi ilə danışıqlar daha canlı keçə bilər“ - Ekspert

Siyasət

19 Aprel 2019 14:57 883


“Əslində prosesə hansı dövlətin vasitəçilik etməsindən asılı olmayaraq münaqişənin həlli üçün tərəflərin öz aralarında razılığa gəlməsi lazımdır. Qarabağla bağlı artıq beynəlxalq müstəvidə maraq artıb”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin eksperti  Zeynal Əmrəliyev deyib. O bildirib ki, əvvəl yalnız Rusiya tərəflər arasında vasitəçiliyə maraq göstərirdisə, artıq ABŞ da prosesə daxil olmaq və vasitəçilik missiyasını Rusiyanın əlindən almaq istəyir:

“Yaxşı olar ki, biz hər iki dövlətin vasitəçilik missiyasından yararlanaq. Məncə, bu  münaqişənin həlli üçün daha irəliyə doğru hansısa addımların atılmasına səbəb ola bilər. Görünən budur ki, ABŞ və Rusiya arasında Qarabağ məsələsinin həlli ilə bağlı rəqabət var. Hər iki dövlət üstünlüyü ələ almağa çalışır. Rəqabət olduğu şəraitdə onlar artıq əməli fəaliyyətə keçəcəklər. Çünki bu, onlar üçün dünyanın diqqətini özünə cəlb etmək və dünyada sülhsevər dövlət imicini formalaşdırmaq üçün dəyərlidir. ABŞ-ın prosesə qoşulmaq istəməsi çox təqdirəlayiq bir məsələdir və Azərbaycan bu vasitəçilikdən xeyir görə bilər. Ancaq əvvəl də dediyim kimi, münaqişənin həllinə yalnız iki dövlətin ümumi razılığı səbəb ola bilər. Burada bir şeyi də unutmayaq ki, Ermənistan Rusiyanın forpostudur. Burada hakimiyyətə kimin gəlməsinin də heç bir əhəmiyyəti yoxdur. Əgər Rusiya icazə versə, ermənilər məsələ ilə bağlı kompromisə getsələr münaqişənin həlli ilə bağlı danışmaq olar. Ancaq yenə də ABŞ-ın vasitəçiliyi altında prosesin Rusiyadakı kimi keçəcəyinə inanmıram. Məncə, bu dəfə proses bir qədər canlı keçə bilər”. Toyuqlu pizza

Qeyd edək ki, ABŞ tərəfi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələri davam etdirmək üçün Vaşinqtonda görüşməyi təklif edib.  Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Varşavada keçirilən mətbuat konfransında bildirib.

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!