ABŞ-nin Livandakı səfirliyi fəaliyyətini dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-nin Livandakı səfirliyi fəaliyyətini dayandırdı

Siyasət

04 Mart 2026 01:42 531


ABŞ-nin Livanın paytaxtı Beyrutdakı səfirliyi regionda davam edən gərginlik səbəbindən növbəti bildirişədək fəaliyyətini dayandırdığını açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, diplomatik nümayəndəliyin "X" sosial şəbəkəsində yaydığı bəyanatda bütün planlı və təcili konsulluq qəbullarının ləğv edildiyi bildirilib.

Səfirliyin adi iş rejiminə qayıdacağı barədə əlavə məlumat veriləcəyi qeyd olunub. Marqarita pizza

Bundan başqa, ABŞ Küveytdəki səfirliyini də bağlayıb. Ər-Riyadda da ABŞ diplomatik missiyasının binasına iki pilotsuz uçuş aparatı hücum edib və yanğın baş verib. Martın 2-də Bəhreyndəki səfirlik "regional gərginlik" səbəbindən fəaliyyətini dayandırıb.

ABŞ Dövlət Departamenti isə ABŞ vətəndaşlarını Yaxın Şərqin 16 ölkəsini dərhal tərk etməyə çağırıb və ciddi təhlükəsizlik riskləri barədə xəbərdarlıq edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!