ABŞ Rusiyanı silahlanma yarışına çəkir

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Rusiyanı silahlanma yarışına çəkir

Dünya

24 Avqust 2019 13:12 1150


ABŞ və Rusiyanın orta və yaxın mənzilli raketlərin ləğvi barədə müqavilə ilə bağlı mövqeləri haçalanıb. ABŞ artıq rəsmi olaraq müqavilədən çıxdığını açıqlayıb.

Bundan 16 gün sonra isə ABŞ 500 km məsafədən hədəfi vuran raket sınaqdan keçirib. Rəsmi Vaşinqtonun bu addımları Rusiya prezidenti Valdimir Putinin məsələ ilə bağlı bəyanat verməsinə səbəb olub. Rusiya prezidenti Təhlükəsizlik Şurasının iclasında bəyan edib ki, ABŞ-ın raket sınağı orta və yaxın mənzilli raketlərin ləğvi barədə müqaviləyə ziddir. 

"Məlumdur ki, bu improvizə deyil, əvvəlcədən planlaşdırılıb. Baş verənlər bizim narahatlığımızın nə qədər əsaslı olduğunun təsdiqidir. Rusiyanın ABŞ-ın "Orta və yaxın mənzilli raketlərin ləğvi" haqqında müqaviləyə əsasən qadağan olunmuş silahlar yaratması barədə çoxdan məlumatı vardı. Bu barədə tərəfdaşlarımıza dəfələrlə bildirmişdik",- deyə Vladimir Putin vurğulayıb. pizza sifarişi

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələni "Yeni Sabah"a şərh edərkən bildirib ki, əslində, baş verənlər Rusiyanı silahlanma yarışına çəkməkdir. "Bu məsələnin ciddi qarşıdurma səviyyəsinə çatacağını gözləmirəm. ABŞ sadəcə Rusiyanı silahlanma yarışına çəkmək istəyir. Bu da indiki vəziyyətdə Rusiyanın iqtisadi cəhətdən daha da zəifləməsini şərtləndirə bilər", - deyə politoloq bildirib. 

Elxan Şahinoğlu Rusiya prezidentinin "Rusiya silahlanma yarışına girməyəcək" fikrinə də toxunub. "Rusiya buna məcburdur. Çünki ABŞ müqavilədən çıxması, yeni raketləri sınaqdan keçirməsi, müttəfiq ölkələrdə raket qurğuları quraşdırmaq istəməsi Rusiya üçün təhlükəyə çevrilə bilər. İstər-istəməz Rusiya da yeni raketlər istehsal etməlidir. Bu da artıq silahlanma yarışına qoşulmaqdır".

Yenisabah.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!