Adı kürü qalmaqalında hallanan səfir siyahıdan çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Adı kürü qalmaqalında hallanan səfir siyahıdan çıxarıldı

Siyasət

18 Aprel 2019 14:48 1028


Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarovun adı ətrafında müəmma davam edir.

Bir müddət əvvəl  "haqqin.az" saytı  Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarovun geri çağırdığı barədə informasiya yaymışdı.

Modern.az saytı yayılan məlumatı Xarici İşlər Nazirliyindən (XİN) dəqiqləşdirməyə çalışsa da, bu barədə rəsmi informasiya verilməyib. Dominos pizza

Bununla belə məlum olub ki, XİN-in saytındakı “Azərbaycan Respublikasının xaricdəki nümadəlikləri”bölməsindən Birləşmiş Ərəb Əmirlikləri üzrə fövqəladə və səlahiyyətli səfirin adı çıxarılıb. Yəni əvvəllər həmin qrafada Daşqın Şikarovun adı yazılmışdı.

Bu isə dolayısı ilə D.Şikarovun Birləşmiş Ərəb Əmirliklərindəki səfir postundan geri çağırıldığını təsdiqləyir.

Qeyd edək ki, Daşqın Şikarov daha əvvəllərAzərbaycanın Pakistanda və Əfqanıstandakı diplomatik missiyalarına başçılıq edib. O, Azərbaycanın BƏƏ-də səfiri vəzifəsinə 2016-cı ilin yanvarında təyin edilmişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!