Afrika Millətlər Kuboku start götürdü

saytların hazırlanması

Evə çatdırılma

Afrika Millətlər Kuboku start götürdü

İdman

22 İyun 2019 10:51 1136


Misirin paytaxtı Qahirədə futbol üzrə Afrika Millətlər Kuboku start götürüb.

"Yeni Sabah" xəbər verir ki, turnirin açılış oyununda meydan sahibləri Zimbabve ilə qarşılaşıblar. Oyun Misirin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində 41-ci dəqiqədə Mahmud Hassan fərqlənib.

Afrika Millətlər Liqasının reqlamentinə əsasən, 24 komanda 6 qrupa bölünüb. İlk iki yeri tutan və ən yaxşı göstəriciyə malik 4 qrup üçüncüsü pley-off mərhələsinə vəsiqə qazanacaq. Yarışa iyulun 19-da yekun vurulacaq. Marqarita pizza

Bu gün Konqo DR - Uqanda, Nigeriya - Burundi və Qvineya – Madaqaskar oyunları keçiriləcək.

Qeyd edək ki, yarışın sonuncu qalibi Kamerun yığması olub. Turnirin ən titullu komandası isə hesabında 7 çempionluq olan Misirdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!