Afrikada “Qarabağ“ adlı su quyusu açıldı   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Afrikada “Qarabağ“ adlı su quyusu açıldı - VİDEO

Dünya

28 Avqust 2019 11:24 2711


Afrikanın ən quraq ölkələrindən biri olan Çadda “Qarabağ” su quyusu açılıb. 

“Yeni Sabah” “Qafqazinfo”ya istinadən xəbər verir ki, məlumatı təşkilatçılardan biri olan Elnarə Kərimova verib. O bildirib ki, tərəfdaşı Aynur Kərimova ilə birlikdə artıq 4-cü su quyusunun açılmasına vəsilə olublar: 

“Ərazi quraq olduğundan insanlar su qıtlığından əziyyət çəkir. Bir quyunun qazılması üçün isə 4 min manat tələb olunur. Biz sosial şəbəkədə çağırış edirik, xeyriyyəçi insanlar bizə dəstək olur. Budəfəki quyuya Qarabağ adını verməyi məsləhət bildik. Quyu avqustun 7-də açılıb və fəaliyyətimizi bundan sonra da davam etdirməyi düşünürük”. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!