Agentlik bir milyonluq çadır alıb 

saytların hazırlanması

Evə çatdırılma

Agentlik bir milyonluq çadır alıb 

İqtisadiyyat

17 İyul 2019 17:13 1774


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu “Qurban” bayramı ilə əlaqədar heyvan kəsimi üçün müvəqqəti çadır və avadanlıqlar alır.

“Yeni Sabah” “Finans.az”a istinadla xəbər verir ki, publik hüquqi şəxsin bu məqsədlə 13 iyun 2019-cu il tarixində keçirilmiş tenderində“Novotrend” MMC qalib elan edilib. Sözügedən şirkətə 802 min 624, manat ödəniş edilib.

Təəssüf ki, məlumatda çadırların sayı və hər birinin qiymətilə bağlı məlumat verilmir. Lakin istənilən halda, müvəqqəti çadırlar üçün 1 milyon manata yaxın vəsaitin xərclənməsi şübhəli və qeyri-real görünür.  Pepperoni pizza

Bu çadırların ölkənin əsasən böyük şəhərlərində qurulacağını nəzərə alsaq, onların ümumi sayının 10-20 ədəd olacağını ehtimal etmək olar. Belə çıxır ki, hər çadır orta hesabla 50 min manata başa gəlir…

Etiraf edək ki, kifayət qədər şübhəli rəqəmdir. Bəs, görəsən, müvəqqəti xarakter daşıyan avadanlıq üçün bir büdcə təşkilatının belə iri məbləğdə xərcləməyə getməsi nə dərəcədə məqsədəuyğundur? 

Və ümumiyyətlə, sahibkarların ən çox şikayət etdikləri qurumlardan biri olan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) bu cür israfçılığa yol verməsini şərtləndirən səbəblər nədən ibarətdir?

Bu məlumat bir daha Azərbaycanda tenderlərin hansı prinsiplər əsasında və nə dərəcədə şəffaf keçirilməsinə dair sualları aktuallaşdırır. Təsadüfi deyil ki, əksər müstəqil iqtisadçı ekspertlər tenderlərin ölkədə hələ də korrupsiyanın mövcudluğunu şərtləndirən əsas istiqamətlərdən biri olduğunu iddia edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!