Anasına gələn sevgi mesajını atasına göstərdi -   Video

saytların hazırlanması

Evə çatdırılma

Anasına gələn sevgi mesajını atasına göstərdi - Video

Rəsmi

21 Sentyabr 2019 05:15 2111


Ana mesajın ona deyil, qızına gəldiyini, qız isə anasına gəldiyini iddia edib

Ötən gün ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində maraqlı anlar yaşanıb.

Verilişə Ucar rayonundan Əntiqə adlı qadın övladları üçün verilişə müraciət edib. Qadın ərindən boşandığını, lakin keçmiş ərinin uşaqları onun əlindən aldığını bildirib. Verilişə gətirilən qızlar isə analarından imtina ediblər. Böyük qız anasının başqa kişi ilə mesajlaşdığını bildirib. Hətta anasının telefonuna gələn mesajı atasına şəxsən göstərib. pizza hut

Qadın isə o mesajın qızına gəldiyini söyləyib. Bildirib ki, ev sahibinin oğlu ilə qızının sevgi münasibətləri saxlamasından şübhələnib. Həmin mesajın isə o, oğlandan qızına gəldiyini bildirib və ona böhtan atıldığını idda edib. 15 yaşlı Səidəxanım isə mesajların ona yox, anasına gəldiyini söyləyib.

Bir müddət sonra isə efirə məktəblinin sinf yoldaşı qoşulub. O da Səidəxanımın ev sahibin oğlunu sevdiyini söyləyib.

Ekspertlər ailəni barışdırmaq istəsə də buna nail ola bilməyib. Ana mesajın ona deyil, qızına gəldiyini, qız isə anasına gəldiyini iddia edib.

Verilişdən sözügedən görüntüləri sizə təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!