Apreldə 403 ədəd partlamamış hərbi sursat tapılıb

saytların hazırlanması

Evə çatdırılma

Apreldə 403 ədəd partlamamış hərbi sursat tapılıb

Kriminal

01 May 2019 11:13 870


Apreldə  Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Xızı, Qazax, Lənkəran, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 463,789 m² (46.38 ha) ərazi yoxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, 403 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina, 10 ədəd təlim məqsədli tank əleyhinə mina və  8,356 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 474 nəfər əməliyyat heyəti, 131 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir. Pepperoni pizza

İndiyədək cəmi 533,899,219 m² (53,389.92 ha) ərazi təmizlənmiş, 803,299 ədəd mina və partlamamış hərbi sursat (PHS)  tapılaraq zərərsizləşdirilib.

Aprel ayı ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 4 (dörd), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 14 (on dörd), Dövlət Sərhəd Xidmətindən (DSX) - 7 (yeddi) və Rayon Polis Şöbələrindən (RPŞ) – 2 (iki) müraciət daxil olub (cəmi: 27 çağırış). 

Müraciətlər əsasında 23 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə  Füzuli, Xızı, Qazax, Lənkəran, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 13,280 kv.m ərazi yoxlanılıb,  263 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina, 10 ədəd təlim məqsədli tank əleyhinə mina və 8,356 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!